Ajans.az xəbər verir ki,bu barədə yerli KİV-lər məlumat yayıb. Slovakiya Dəmir Yollarının sözçüsü Yan Báček bildirib ki, hadisə bu gün Rožňava yaxınlığında baş verib. R 913 və R 914 GEMERAN adlı ekspress qatarlar dəmir yolu keçid məntəqəsində toqquşub. “Hazırda əsas prioritetimiz sərnişinlərin və əməkdaşlarımızın təhlükəsiz şəkildə təxliyəsi və xilas edilməsidir,” – deyə Báček qeyd edib. Slovakiyanın xilasetmə xidmətinin məlumatına görə, hadisə yerinə bir helikopter və beş təcili yardım maşını cəlb olunub. Hazırda ölənlər barədə məlumat yoxdur, yaralıların vəziyyəti araşdırılır. Qəzanın dəqiq səbəbi hələlik məlum deyil, araşdırma aparılır.