İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən “AZKONTAKT SEMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınıb.
Marja.az xəbər verir ki, Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 2P, nizamnamə kapitalı isə 50 milyon 320 min manat təşkil edir. Qanuni təmsilçisi İbrahim Sadıqlı Sadiq oğlu olan müəssisə ölkədə sement istehsalı sahəsində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Azərbaycanda “Azkontakt" MMC adlı da şirkət fəaliyyət göstərir. Şirkətin ilk zavodu 2008-ci ilin fevral ayında quraşdırılmışdır. “Azkontakt"ın saytında verilən məlumata görə, Bakı şəhərinda inşa olunan obyektlərin və binaların təxminən 25%-nin tikilişində “Azkontakt MMC”-də istehsal olunan beton məmulatlarından istifadə olunur.
2004-ci ildə dövlət qeydiyyatına alınmış “Azkontakt" MMC-nin də qanuni təmsilçisi İbrahim Sadıqlı Sadiq oğludur.