Bakı. Trend:
"Barselona"nın futbolçusu Dani Olmo zədələnib.
Trend xəbərverir ki, 27 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib.
Onun zədə səbəbindən təxminən 3 həftə meydana çıxa bilməyəcəyimüəyyənləşib. Olmoya sol ayağın alt əzələsinin kiçik yırtığıdiaqnozu qoyulub. Onun La Liqada "Jirona" və Çempionlar Liqasında"Olimpiakos"la oyunları buraxacağı dəqiqləşib.
Qeyd edək ki, Dani 2024-cü ilin yayından "Barselona"nınfutbolçusudur.