AZ

"Barselona"da itki: La Liqa və ÇL oyunlarını buraxacaq

style='margin-bottom:10px;'>

"Barselona"nın futbolçusu Dani Olmo zədələnib.

QOL.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi artıq tibbi müayinədən keçib.

Onun zədə səbəbindən təxminən 3 həftə meydana çıxa bilməyəcəyi müəyyənləşib. Olmoya sol ayağın alt əzələsinin kiçik yırtığı diaqnozu qoyulub. Onun La Liqada "Jirona" və Çempionlar Liqasında "Olimpiakos"la oyunları buraxacağı dəqiqləşib.

Qeyd edək ki, Dani 2024-cü ilin yayından "Barselona"nın futbolçusudur.

Seçilən
15
3
teleqraf.com

4Mənbələr