Sea Breeze
Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” “Kritik infrastruktur risk altındadır: təhlükəsizlik strategiyalarının yenilənməsinə çağırış” mövzusunda panel müzakirəsində iştirak edib. Tədbirdə “Azerconnect Group” şirkətinin İnformasiya təhlükəsizliyi üzrə baş müdiri Orxan Sadıqov çıxış edib.O, müzakirələr zamanı mövcud təhlükəsizlik strategiyalarının daim yenilənən kibertəhdidlər qarşısında bəzən yetərli olmadığını qeyd edib. Vurğulanıb ki, kritik infrastruktur milli təhlükəsizliyin ayrılmaz hissədir və bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, gənc mütəxəssislərinin hazırlanması olduqca önəmlidir. Eyni zamanda, kritik infrastrukturun qorunmasında yalnız müdafiə tədbirlərinin deyil, həm də proaktiv yanaşmanın tətbiqinin xüsusi əhəmiyyət daşıdığı bildirilib.Qeyd edək ki, panel sessiyası regionun ən böyük kibertəhlükəsizlik tədbiri CIDC-2025 (Critical Infrastructure Defense Challenge 2025) çərçivəsində baş tutub.Xatırladaq ki, kibertəhlükəsizlik sahəsində ən son texnoloji həllərin tətbiqi, bu sahədə yerli mütəxəssislərin peşəkar inkişafının dəstəklənməsi “Azerconnect Group”un dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə ölkədə həyata keçirilən müxtəlif layihə və təşəbbüslərdə aktiv şəkildə iştirak edir.“Azerconnect Group” haqqındaÖlkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Baku Build
ETX
Baku Water Week
ETX
Baku Water Week
ETX