AZ

Ərdoğanın qatılacağı sammitə Netanyahu da dəvət olundu: Liderlərin siyahısı

Turkstan.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Prezident Rəcəb Tayyib Ərdoğan Qəzza ilə bağlı kritik məsələlərin müzakirə ediləcəyi “Şarm əl-Şeyx Sülh Zirvəsi” üçün Misirə səfər edib.

Turkustan.az xəbər verir ki, sammitdə Qəzzanın yenidən qurulması və atəşkəsin mərhələləri gündəmdə olacaq.

Sammitə saatlar qalmış Misir Prezidenti Əbdülfəttah əs-Sisi İsrailin Baş naziri Binyamin Netanyahunu sürpriz şəkildə dəvət edib. Misir rəsmiləri Netanyahuya dəvət göndərildiyini və onun sammitdə iştirak edəcəyini açıqlayıb. İsrail mediası isə bu məlumatı “Netanyahu Misirdə keçiriləcək sammitə qatıla bilər” başlığı ilə yayıb."Şarm əl-Şeyx Sülh Zirvəsi" bu gün günortadan sonra şəhərin konfrans mərkəzində keçiriləcək. Misirin rəsmi xəbər agentliyi MENA-nın verdiyi məlumata görə, sammitə aşağıdakı liderlərin qatılması gözlənilir:Misir Prezidenti Əbdülfəttah əs-SisiABŞ prezidenti Donald TrampTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanİordaniya Kralı II AbdullahQətər Əmiri Şeyx Təmim bin Həməd Al TaniBəhreyn Kralı Həməd bin İsa Əl-XəlifəFələstin Prezidenti Mahmud Abbasİndoneziya Prezidenti Prabowo SubiantoAzərbaycan Prezidenti İlham ƏliyevCənubi Kipr Prezidenti Nikos ChristodoulidesBundan əlavə, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq kimi ölkələrin baş nazirlər səviyyəsində sammitdə iştirak edəcəyi bildirilir.Sammitdə bölgədəki humanitar vəziyyət, atəşkəs çağırışları və Qəzzanın yenidən qurulması üçün beynəlxalq əməkdaşlıq imkanlarının müzakirə ediləcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
icma.az

2Mənbələr