AZ

Bu klubunun apellyasiya şikayəti təmin olunmadı

Azərbaycanın II Liqa təmsilçisi "Kür-Araz" klubunun oyunçusu Elnur Məmmədov barəsində AFFA İntizam Komitəsinin qəbul etdiyi qərardan verilən apellyasiya şikayəti təmin olunmayıb. Metbuat.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.Apellyasiya Arbitraj Tribunalı II turda "Göygöl"lə matçdan sonra 4 oyunluq diskvalifikasiya ediln kapitanın cəzası qüvvədə saxlanılıb.

Qeyd edək ki, "Göygöl" və "Kür-Araz" klubları arasında keçirilən görüşdən sonra hakimin ikinci sarı vərəqəsindən sonra qırmızı vərəqə aldığına və oyunun hakimlərini təhqir etdiyinə görə E.Məmmədov 4 oyun cəzalanıb. "Kür-Araz" klubu isə 1000 manat cərimələnib.

Seçilən
18
8
metbuat.az

10Mənbələr