Musavat.com xəbər verir ki, Peskov diqqətə çatdırıb ki, "Tomahavk" kimi mürəkkəb raketlərin idarə olunması üçün ABŞ mütəxəssislərinin iştirakı tələb olunacaq.
Latviyadan rus vətəndaşlarının deportasiyası ilə bağlı Peskov qeyd edib ki, Rusiya vətəndaşları öz doğma vətəninə qayıdaraq orada həyatlarını qura bilərlər.
O, həmçinin vurğulayıb ki, ABŞ Moskva və Kiyev arasında mövcud fasilədən xəbərdardır və mövzu ilə tanışdır.
Peskov əlavə edib ki, Rusiya və ABŞ arasında Ukrayna məsələləri üzrə əlaqələr uyğun kanallar vasitəsilə davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31