AZ

"Bu sözüm insanların xoşuna gəlməyəcək..." - Azər Aydəmir Əlixan və Taleh haqqında

"Vallah, hərəsi fərqli bir istiqamətdə çalışan sənətçilərdir. Mən onlara rahatlıqla sənətçi deyə bilərəm. Yəqin, bu sözüm bir çox insanların xoşuna gəlməyəcək. Onları qətiyyən müqayisə etmirəm".

Bu sözləri aktyor Azər Aydəmir Kulis.az-a müsahibəsində Əlixan Rəcəbov və Taleh Yüzbəyovla bağlı sualı cavablandırarkən deyib.

O, hər iki aktyorun fərqli yollarının olduğunu qeyd edib:

"Vallah, hərəsi fərqli bir istiqamətdə çalışan sənətçilərdir. Mən onlara rahatlıqla sənətçi deyə bilərəm. Yəqin, bu sözüm bir çox insanların xoşuna gəlməyəcək. Onları qətiyyən müqayisə etmirəm. Biri Hollivud yönümlü kontenti Azərbaycana gətirmək istəyir və təbii ki, imkan yaransa, bunu edə biləcək gücdədir. O biri isə daha çox fəlsəfi Avropa kontentini ölkəyə gətirmək istəyir. Söhbət Taleh Yüzbəyovdan gedir. O da, əlbəttə ki, imkan yaransa, mənə elə gəlir ki, gözəl işlər görə bilər. Bunun sübutu da odur ki, “Korkut Ata” Film Festivalında ssenarisinə görə qalib gəlib. Hər halda bu, danılmaz faktdır. Düzdü, hamımız kommersiya sahəsindən gəldiyimizə görə, hərdən ssenarilərimiz və yaxud ədəbi materiallarımız peşəkarlar tərəfindən qəbul olunmaya bilər. Lakin artıq festivallar, təltiflər bunu fakta çevirir".

Seçilən
10
1
kulis.az

2Mənbələr