AZ

Bu marşrut üzrə avtobuslar yenilənir

Bakı.Trend:

Paytaxtın Sabunçu dəmoryol stansiyasını “Koroğlu” NəqliyyatMübadilə Mərkəzi və metronun “Dərnəgül” stansiyası iləəlaqələndirən 93 nömrəli marşrutda istismar olunan avtobuslaryenilənir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Dövlət Yerüstü Nəqliyyat Agentliyiməlumat yayıb.

Bildirilib ki, oktyabrın 14-dən sərnişinlərin xidmətinəveriləcək 10 ədəd "King Long" markalı avtobus müasir, ekolojicəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

"Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrəhərəkət intervalı 11-12 dəqiqə təşkil edəcək. Avtobuslarda ödənişnağdsız qaydadadır. Marşrut üzrə gedişhaqqı 0,60 AZN müəyyənedilib",-qurumdan əlavə edilib.

İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətingöstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobuslarınyenilənməsi mərhələli qaydada davam etdirilir.

Məqalədə:
Seçilən
0
25
az.trend.az

10Mənbələr