AZ

Sabiq "Arsenal"lı baş məşqçi oldu

style='margin-bottom:10px;'>

"Arsenal"ın sabiq futbolçusu Cek Uilşer baş məşqçi kimi işləyəcək.

QOL.az xəbər verir ki, ingiltərəli mütəxəssis "Luton Taun"u çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Çempionşip təmsilçisi 33 yaşlı çalışdırıcı ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Uilşir daha çox "Arsenal"da oynaması ilə tanınırdı. "Topçuların" yetirməsi olan futbolçu 2008-ci ildə 16 yaşında debüt edib. O, həmçinin icarə əsasında "Bornmut", "Vest Hem" və "Bolton" kimi komandalarda oynayıb. Uilşir İngiltərə millisində 34 matça çıxıb. O, futbolçu karyerasını başa vurduqdan sonra "Norviç"də köməkçi məşqçi kimi çalışıb.

Seçilən
24
2
teleqraf.com

4Mənbələr