AZ

Azərbaycanda bölgələr üzrə internet abunəçilərinin sayı açıqlanıb

Azərbaycanda

Bu ilin fevral ayına Azərbaycanda internet abunəçilərinin sayı açıqlanıb.

"APA-Economics" xəbər verir ki, bu barədə internet şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla”nın dərc etdiyi məqalədə qeyd olunub.

Məlumata görə, sözügedən tarixə ən çox internet abunəçisi 1 milyon 167 min nəfər olmaqla Bakıda qeydə alınıb. Bu, ölkə üzrə ümumi göstəricinin 53,02 %-nə bərabərdir. İkinci yerdə 172 min 347 abunəçi (7,82%) olmaqla Abşeron rayonu qərarlaşıb. Sonrakı pillələrdə 97 min 436 abunəçi (4,42%) olmaqla Sumqayıt şəhəri, 47 min 444 abunəçi (2,15%) olmaqla Gəncə şəhəri, 41 min 183 abunəçi olmaqa Şəki şəhəri (1,87%) qərarlaşıb.

Digər bölgələrdə isə göstəricilər daha aşağı olub. Məsələn, Lənkəranda 29,2 min, Şəmkirdə 25,9 min, Bərdədə 25,6 min, Xaçmazda 25,4 min, Zaqatalada isə 23,2 min internet abunəçisinin qeydə alınıb.

İlin ikinci ayında internet abunəçilərinin sayı Xaçmazda 25 478 abunəçi, Zaqatalada 23 245 abunəçi, Cəlilabad 21 691 abunəçi, Mingəçevirdə 20 867 abunəçi, Şirvanda 20 860 abunəçi təşkil edib.

Seçilən
11
5
xalqcebhesi.az

6Mənbələr