İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Qarabağ Taxıl Aqro" MMC-ni dövlət qeydiyyatına alıb.
Bakıvaxtı.az nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Şabran şəhəri, dəmiryolunun alt tərəfi, nizamnamə kapitalı 6 371 963 manat, qanuni təmsilçisi isə Cavid Nazim oğlu Abdullayevdir.
Onun "PAŞA Holdinq" MMC-nin tikinti işləri üzrə meneceri olduğu bildirilir.
"Qarabağ Taxıl Aqro" ilə eyni hüquqi ünvanda "Qarabağ Taxıl" MMC yerləşir. Şirkət yaxın vaxtlara qədər Şabran rayonunda müəssisələri yerləşən "Səba" ASC-yə daxil olub, bir qədər əvvəl isə satılıb.