AZ

Məhmud Abbas və Netanyahunun Şarm-əş-Şeyxdəki “Sülh Sammiti”ndə iştirakı təsdiqləndi

Misir Prezidenti Administrasiyası Fələstin lideri Məhmud Abbas və İsrail Baş naziri Binyamin Netanyahunun Şarm-əş-Şeyxdə keçiriləcək “Sülh Sammiti”ndə iştirakını təsdiqləyib.

Musavat.com xəbər verir ki, "France 24" telekanalının məlumatına görə, sammitdə 20-dən çox dövlət başçısı iştirak edəcək. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisi sammitin həmsədrləri qismində çıxış edəcəklər.

Tədbirin əsas məqsədi Qəzza sektorunda sülhün bərqərar olunması və bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılmasıdır. Sammit zamanı həmçinin İsrail və Fələstin arasında qarşılıqlı razılaşmaların həyata keçirilməsi müzakirə olunacaq.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr