AZ

Azərbaycanda Türkiyənin raket istehsalçısı nümayəndəliyini, müdafiə sənayesi şirkəti isə törəməsini yaradıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Roketsan Roket Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı yerli nümayəndəliyini rəsmi olaraq dövlət qeydiyyatına alıb.

Marja xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 15, qanuni nümayəndəsi isə Türkiyə vətəndaşı Cumhur Murat Bozdur.

Qeyd edək ki, “Roketsan Roket Sanayi ve Ticaret Anonim Şirketi” Türkiyənin önəmli raket istehsalçılarından biridir.

Həmçnin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Makine ve Kimya Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva, 103, nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İlhami Keleşdir.

O həm də Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti "Makine ve Kimya Endüstrisi A.Ş"nin Direktorlar Şurası sədrinin müavinidir.

Roketsan-AzerbaycanRoketsan Roket Sanayi ve Ticaret raketMakine ve Kimya Endüstris
Seçilən
14
marja.az

1Mənbələr