AZ

Berlində qadın Rusiya səfirliyinin mühafizəçilərini bıçaqla hədələyib

Ajans.az Berliner Kurier nəşrinə istinadən xəbər verir ki,insident səfirliyin yerləşdiyi Mitte bölgəsində qeydə alınıb. Məlumata əsasən, 31 yaşlı qadın qəfil özünü itirərək bıçaqla mühafizəçilərə hücum etməyə çalışıb. Hücum zamanı o, irqçi ifadələr səsləndirib və bıçağı birbaşa asayiş keşikçisinin üzünə yönəldib. Lakin mühafizəçi xidməti silahdan istifadə etmə ehtimalı səbəbilə qadın qaçaraq ərazidən uzaqlaşmağa çalışıb. Polis əməkdaşları qadını tezliklə saxlayıb və onu tibbi müayinədən keçirmək üçün xəstəxanaya aparıblar. Hücum edən şəxsin alkoqol, narkotik və ya digər maddələrin təsiri altında olub-olmadığı qan analizi nəticəsində müəyyənləşdiriləcək. Hadisənin motivləri və digər detallarla bağlı istintaq davam edir.

 

Seçilən
45
Ajans.az

1Mənbələr