AZ

DÇ-2026: Azərbaycan millisi seçmə mərhələdə bu gün Ukrayna ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda növbəti oyununu keçirəcək.

 

Senzor.az bildirir ki, Ayxan Abbasovun başçılıq etdiyi kollektiv IV tur çərçivəsində Polşada Ukrayna yığmasının qonağı olacaq. 

 

Krakov şəhərindəki Yozef Pilsudski adına stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

 

Bu komandalar arasında Bakıda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı.

 

Qeyd edək ki, ilk turdan sonra Azərbaycan millisi 1 xalla qrupda sonuncudur. 4 xalı olan Ukrayna seçməsi isə 2-ci sırada qərarlaşıb.

Seçilən
5
3
senzor.az

4Mənbələr