AZ

“iPhone” istifadəçilərinə şad xəbər: 1 il pulsuz olacaq

“Apple” şirkəti “iPhone 14” və “iPhone 15” istifadəçiləri üçün “Təcili SOS peyk bağlantısı” xidmətinin pulsuz sınaq müddətini bir il daha uzatdığını açıqlayıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu qərara əsasən, istifadəçilər 2026-cı ilin noyabrına qədər xidmətə əlavə ödəniş etmədən daxil ola biləcəklər.

Xatırladaq ki, “Apple” bu funksiyanı ilk dəfə 2022-ci ilin noyabrında təqdim edib və xidmətin ilkin olaraq iki il pulsuz olacağını bildirmişdi. 2023-cü ildə isə sınaq müddəti 2025-ci ilin noyabrına qədər uzadılmışdı. Yeni qərar isə bu müddəti daha bir il artıraraq 2026-cı ilin noyabrına qədər istifadəyə imkan verir.

Qeyd edək ki, “Təcili SOS peyk bağlantısı” funksiyası istifadəçilərə mobil şəbəkənin olmadığı ərazilərdə təcili SOS mesajı göndərərək, yardım xidmətlərinə tez bir zamanda çatmağa imkan verir.

“Apple” bildirib ki, gələcəkdə bu xidmət daha çox ölkə və bölgədə də əlçatan olacaq.

Seçilən
26
3
konkret.az

4Mənbələr