“Barselona”nı futbolçusu Ferran Torres əzələ ağrılarına görə, İspaniya millisinin düşərgəsini tərk edib. Msport.az xəbər verir ki, ispanlar DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu Bolqarıstana qarşı keçirəcək.
İspaniya-Gürcüstan matçından (2:0) sonra hücumçu əzələsində diskomfort olduğunu bildirib. Tibbi müayinədən sonra Ferran Torresdə əzələ yüklənməsi olduğu müəyyən edilib.
Qeyd edək ki, İspaniya – Bolqarıstan oyunu sabah Bakı vaxtı ilə 22:45-də start götürəcək.