AZ

AQTA: Hacıqabulda Orxan kafesində normativ tələblər pozulub

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Hacıqabul rayonunun Muğan qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Davud Balassan oğlu İbrəhimova məxsus "Orxan" kafesində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatə və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, kafenin manqal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, qida məhsulları ilə mətbəx ləvazimatlarının eyni sahədə yuyulduğu, qida məhsullarının müvafiq müşayiətedici sənədlərinin mövcud olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və işlərin görülməsi, xidmətlərin göstərilməsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
6
azertag.az

9Mənbələr