Olaylar.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (13 oktyabr) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu iclasda bir çox məsələlər, o cümlədən iqtisadi və ticarət məsələləri diqqət mərkəzində saxlanılır.
Bəqai bildirib ki, sözügedən iclas İran və qonşu ölkələrin regional koordinasiyalar vasitəsi ilə sabitliyin möhkəmləndirilməsinə önəm verdiyini göstərir.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, İran və Rusiya nümayəndələrinin iştirakı ilə üçtərəfli iclas keçirilir. İclasda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, enerji, gömrük və sairə iqtisadi və ticarət məsələləri müzakirə olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31