AZ

Azərbaycanın ən çox mal ixrac və idxal etdiyi ölkələr - SİYAHI

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasınınhüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları iləticarət əməliyyatları həyata keçirib, 112 ölkəyə məhsul ixracolunub, 167 ölkədən idxal olunub.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrükrəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft vətəbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla2025-ci ilin yanvar-avqust aylarında ölkənin xarici ticarətdövriyyəsi 31,691 milyard ABŞ dolları təşkil edib. Ticarətdövriyyəsinin 16,638 milyard dollarını və ya 52,5 faizini ölkədənixrac olunmuş məhsulların, 15,053 milyard dollarını (47,5 faizini)isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1,585 milyarddollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-avqustayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə4,9 faiz artmış, real ifadədə isə 7,1 faiz azalıb. İdxal realifadədə 5,5 faiz, ixrac isə 8,2 faiz azalıb.

2025-ci ilin yanvar-avqust aylarında qeyri neft-qazməhsullarının ixracı 2,399 milyard dollar təşkil edib və 2024-cüilin yanvar-avqust aylarına nisbətən faktiki qiymətlərlə 10,3 faizartıb, real ifadədə isə 13,6 faiz azalıb

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən,ölkənin xarici ticarət dövriyyəsinin 25,9 faizi İtaliya, 12,0 faiziTürkiyə, 10,4 faizi Rusiya, 9,2 faizi Çin, 3,2 faizi Almaniya, 2,9faizi Birləşmiş Krallıq, 2,5 faizi ABŞ, 2,2 faizi Çexiya, hər biri1,7 faiz olmaqla Qazaxıstan, Gürcüstan və Bolqarıstan, hər biri 1,6faiz olmaqla Xorvatiya və Rumıniya, 1,5 faizi Yunanıstan, 1,4 faiziİsveçrə, 1,3 faizi İran, hər biri 1,2 faiz olmaqla Portuqaliya vəAvstraliya, 1,0 faizi Ukrayna, hər biri 0,9 faiz olmaqlaÖzbəkistan, Meksika, Cənubi Afrika Respublikası və Belarus, 12,2faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarınınpayına düşüb.

İxracın 46,7 faizini İtaliyaya, 13,4 faizini Türkiyəyə, 4,8faizini Rusiyaya, 3,8 faizini Çexiyaya, 3,1 faizini Bolqarıstana,2,9 faizini Xorvatiyaya, hər biri 2,7 faiz olmaqla Almaniya vəRumıniyaya, hər biri 2,6 faiz olmaqla Yunanıstan və Gürcüstana, 2,3faizini Portuqaliyaya, 1,6 faizini İsveçrəyə, 1,4 faizini BirləşmişKrallığa, 1,0 faizini İrlandiyaya, 0,9 faizini Ukraynaya, 0,8faizini Niderlanda, hər biri 0,6 faiz olmaqla Serbiya və Tunisə,hər biri 0,4 faiz olmaqla Tailand, Birləşmiş Ərəb Əmirlikləri,İndoneziya, Qazaxıstan və Çinə, 3,5 faizini isə digər ölkələrəgöndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,9faiz), Türkiyəyə (16,4 faiz), İsveçrəyə (9,2 faiz), Gürcüstana (9,0faiz), Ukraynaya (5,5 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,0faiz), Qazaxıstana (2,7 faiz), Belarusa (2,2 faiz), ABŞ-a (1,9faiz), Özbəkistana (1,8 faiz), Türkmənistana (1,7 faiz), İtaliyaya(1,2 faiz), Çinə (1,1 faiz) göndərilmiş malların payı üstünlüktəşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,1 faizi Çin,16,8 faizi Rusiya, 10,3 faizi Türkiyə, 5,0 faizi ABŞ, 4,6 faiziBirləşmiş Krallıq, 3,8 faizi Almaniya, 3,2 faizi Qazaxıstan, 2,6faizi İran, 2,5 faizi Avstraliya, 2,2 faizi İtaliya, 1,9 faiziMeksika, 1,8 faizi Cənubi Afrika Respublikası, 1,7 faizi Braziliya,hər biri 1,6 faiz olmaqla Özbəkistan və Yaponiya, hər biri 1,5 faizolmaqla Koreya və Belarus, hər biri 1,2 faiz olmaqla İsveçrə vəUkrayna, 1,1 faizi Fransa, hər biri 1,0 faiz olmaqla İspaniya,Hindistan və Kanada, 11,8 faizi isə digər ölkələr ilə aparılmışidxal əməliyyatlarının payına düşüb.

2025-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin eyni dövrü iləmüqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 38,9 faiz,təzə tərəvəz – 14,7 faiz, şəkər – 69,9 faiz, kartof – 47,0 faiz,siqaretlər – 15,1 faiz, bitki yağları – 19,5 faiz, çay – 0,6 faiz,polipropilen – 2,1 faiz, mineral gübrələr – 4,4 faiz, polietilen –8,6 faiz, emal olunmamış alüminium – 32,9 faiz, sement klinkerləri– 26,7 faiz, pambıq ipliyi – 25,9 faiz, qara metallardan borular –3,1 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 0,7 faiz,meyvə və tərəvəz konservləri – 14,5 faiz, tütün – 52,8 faiz,marqarin, qida üçün yararlı digər qarışıqlar – 23,3 faiz, təbiiüzüm şərabları və üzüm suslosu – 31,0 faiz, pambıq lifi – 7,2 faiz,elektrik enerjisi – 9,7 faiz, qara metallardan çubuqlar – 38,9faiz, bentonit gili – 11,0 faiz azalıb.

2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 2025-ci ilinyanvar-avqust aylarında buğda idxalı 31,0 faiz, xam şəkər – 17,6faiz, şokolad və şokolad məhsulları – 0,1 faiz, kartof – 20,0 faiz,təzə tərəvəz – 35,8 faiz, siqaretlər – 3,8 dəfə, minikavtomobilləri – 28,8 faiz, polad prokatı – 6,2 faiz, məişətkondisionerləri – 17,6 faiz, rezin şinlər – 6,0 faiz, polietilen –14,6 faiz, qara metallardan çubuqlar – 11,0 faiz, avtobuslar – 2,9dəfə, polipropilen – 1,0 faiz, məişət soyuducuları – 15,2 faizartıb, kərə yağı, digər süd yağları və pastaları idxalı isə 5,4faiz, bitki yağları – 12,1 faiz, təzə meyvə – 15,4 faiz, unluqənnadı məmulatları – 3,4 faiz, çay – 9,2 faiz, quş əti və onunəlavə məhsulları – 26,3 faiz, mal əti – 8,5 faiz, dərman vasitələri– 15,0 faiz, qara metallardan borular – 23,1 faiz, hesablamamaşınları, blok və qurğuları – 9,2 faiz, ayaqqabılar – 4,5 faiz,yük avtomobilləri – 1,8 faiz, mebellər – 1,0 faiz, sintetik yuyucuvasitələr – 6,8 faiz, mineral gübrələr – 8,5 faiz, paltaryuyanmaşınlar – 0,8 faiz, qara metallardan künclüklər – 3,0 faiz, sement– 21,6 faiz azalıb.

Seçilən
0
1
az.trend.az

2Mənbələr