AZ

Bakı iclası regional çərçivədə izlənən mexanizmlərdən biridir - İran XİN

Bakı. Trend:

Azərbaycan, İran və Rusiya arasında Bakıda keçirilən üçtərəfliiclas regional çərçivədə məsləhətləşmə və mövqelərin koordinasiyaolunması üçün izlənən mexanizmlərdən biridir.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün (13 oktyabr) Tehranda keçirilən mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, bu iclasda bir çox məsələlər, o cümlədəniqtisadi və ticarət məsələləri diqqət mərkəzində saxlanılır.

Bəqai bildirib ki, sözügedən iclas İran və qonşu ölkələrinregional koordinasiyalar vasitəsi ilə sabitliyinmöhkəmləndirilməsinə önəm verdiyini göstərir.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, İran və Rusiyanümayəndələrinin iştirakı ilə üçtərəfli iclas keçirilir. İclasdaŞimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, enerji, gömrük və sairəiqtisadi və ticarət məsələləri müzakirə olunur.

Seçilən
10
2
az.trend.az

3Mənbələr