AZ

Araz çayı üzərində yeni körpünün tikintisi bu ilin sonuna kimi yekunlaşacaq

"Araz dəhlizinin vacib komponenti olan körpünün tikintisinin bu ilin sonuna kimi yekunlaşması nəzərdə tutulur".

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, 2022-ci ilin mart ayında Azərbaycan və İran arasında imzalanmış Hökumətlərarası Anlaşma Memorandumuna əsasən, Araz çayı üzərində inşası davam edən Ağbənd-Kəlalə yeni avtomobil körpüsü regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsinə çevriləcək.

Ş.Mustafayev qeyd edib ki, Araz dəhlizinin vacib komponenti olan körpünün tikintisinin bu ilin sonuna kimi, müvafiq sərhəd-gömrük infrastrukturu ilə birlikdə isə gələn ilin birinci rübündə yekunlaşdırılması nəzərdə tutulub.

Baş nazirinin müavini həmçinin vurğulayıb ki, Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır:

"Bu vacib nəqliyyat infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə yanaşı, Fars Körfəzini Qara Dənizlə bağlayacaq yeni marşrut rolunu oynayacaq".

Seçilən
29
5
far.az

9Mənbələr