AZ

Borc idarəçiliyində risklər azaldılıb, xəzinə vəsaitlərinin idarə olunmasında səmərəlilik artıb

Bakı. Trend:

Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə olunmasısahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində borcportfelinin strukturunda risklərin azaldılması, borc dayanıqlığınıngücləndirilməsi və uzunmüddətli sabitliyin təmin edilməsiistiqamətində mühüm nailiyyətlər əldə olunub.

Trend MaliyyəNazirliyinə istinadən xəbər verir ki, cari il ərzində buistiqamətdə həyata keçirilən tədbirlər nəticəsində dövlətistiqrazlarının dövriyyə müddəti artırılıb. Eyni zamanda, dövlətbüdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahidxəzinə hesabında olan milli valyuta vəsaitlərinin yerli banklardadepozitə yerləşdirilməsi mexanizminin tətbiqi büdcəyə əlavə gəlirgətirən effektiv alətə çevrilib.

Son illər investorların tələbatının əsasən qısamüddətli (3ilədək) dövlət istiqrazlarında cəmlənməsi nəticəsində 2025-ci il 1yanvar tarixinə dövriyyədə olan dövlət istiqrazları portfelinin91,4 faizi 1–3 illik, 8,6 faizi isə 5–7 illik istiqrazlardan ibarətolub. Bu vəziyyət dövlət istiqrazları üzrə orta ödəmə müddəti (OÖM)göstəricisinin 1,47 ilə qədər azalmasına və ortamüddətli dövrdədövlət istiqrazları üzrə əsas borc ödənişlərinin qısa müddətdətəmərküzləşməsi səbəbindən yenidən maliyyələşdirmə risklərininartmasına gətirib çıxarıb.

Bu risklərin azaldılması məqsədilə həyata keçirilmiş tədbirlərçərçivəsində 1–3 illik dövlət istiqrazlarının bir qismi 7–10 illikdövlət istiqrazları ilə əvəzləşdirilib. Nəticədə, 2025-ci il 1oktyabr tarixinə dövlət istiqrazları portfelində 1–3 illik dövlətistiqrazların payı 60,6 faizə endirilib, 5–10 illik dövlətistiqrazlarının payı isə 39,4 faizə yüksəlib. Bununla da,Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dairorta və uzunmüddətli Strategiyanın 2022–2025-ci illər üzrəyenilənmiş məqsədlərinə uyğun şəkildə cari ilin ilk 9 ayı ərzindədövlət istiqrazları üzrə OÖM 2024-cü ilin sonuna nisbətən 2,4 dəfəartaraq 3,52 ilə çatdırılıb.

Eyni zamanda, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarəolunması və büdcəyə əlavə gəlir gətirilməsi məqsədilə 2025-ci ildənetibarən Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının millivalyutada olan vəsaitlərinin aktiv idarə edilməsinə başlanılıb. Buçərçivədə xəzinə qalığının müəyyən hissəsinin kapitallaşma vəaktivlərinin həcminə görə ən iri beş yerli bankda depozitəyerləşdirilməsi üzrə depozit hərracları keçirilir.

Xəzinə qalığının idarə edilməsi üzrə görülmüş işlər nəticəsində,2025-ci il 1 oktyabr tarixinə milli valyutada olan xəzinəvəsaitləri üzrə 65,8 milyon manat, xarici valyutada olan vəsaitlərüzrə isə 9,3 milyon manat ekvivalentində olmaqla, ümumilikdə 75,1milyon manat məbləğində faiz gəliri əldə edilib. Bu göstərici2024-cü il ərzində xəzinə vəsaitlərinin idarə olunmasından büdcəyədaxil olan 17,5 milyon manatla müqayisədə təxminən 4,3 dəfəçoxdur.

Beləliklə, həyata keçirilən tədbirlər dövlət borcunun idarəolunmasında risklərin azaldılmasına, borc portfelinindayanıqlılığının möhkəmləndirilməsinə və eyni zamanda dövlətbüdcəsi vəsaitlərinin idarə edilməsində gəlirliliyin artırılmasınamühüm töhfə verib.

Seçilən
73
3
az.trend.az

8Mənbələr