AZ

İspaniya və Argentina Qətərdə Finalissimada üz-üzə gələ bilər

İspaniya və Argentina milli komandaları arasında Finalissima oyununun Qətərdə keçirilməsi planlaşdırılır.

Doğru.az xəbər verir ki, “Marca” nəşrinin məlumatına görə, qarşılaşmanın 2025-ci il martın 28-də baş tutması nəzərdə tutulub. Oyun üçün əsas namizəd stadion “Lusail İkonik Stadionu”dur, lakin Mayami və Ər-Riyaddakı arenalar da variant kimi dəyərləndirilir.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatında İspaniya İngiltərəni 2:1 hesabı ilə məğlub edib, Argentina isə Amerika Kubokunun finalında Kolumbiyanı 1:0 hesabı ilə üstələyib.

Finalissima ilk dəfə 2022-ci ilin iyununda keçirilib və həmin vaxt Argentina İtaliyanı 3:0 hesabı ilə məğlub etmişdi.

DOĞRU.AZ

Seçilən
15
1
dogru.az

2Mənbələr