BAKI, 13 oktyabr. TELEQRAF
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen oktyabrın 14-də Ermənistana işgüzar səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib.
Xarici İşlər Nazirliyində Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüş, ardınca isə birgə mətbuat konfransı keçiriləcək.