AZ

“Neftçi”nin qadın futbolçusu onu yumruğun altına saldı - VİDEO

AFFA Yüksək Qızlar Liqasının II turunda keçirilən “Neftçi” – “Liman” oyunu qalmaqalla yadda qalıb.

“Palms Sport Arena”da baş tutan qarşılaşmanın 12-ci dəqiqəsində “Neftçi”nin və Azərbaycan millisinin üzvü Coşqunə Əliyeva rəqib futbolçu Mələk Hacıyevaya yumruq zərbəsi endirib.

Hadisədən sonra baş hakim C. Əliyevaya birbaşa qırmızı vərəqə göstərərək onu meydandan kənarlaşdırıb.

Qarşılaşma “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb./Sportinfo.az

Seçilən
19
11
musavat.com

10Mənbələr