Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxacaq.
İdmanxeber.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdğı komanda səfərdə Ukrayna ilə qarşılaşacaq.
Polşanın “Krakoviya” stadionunda təşkil olunacaq görüşü Avstriyadan olan hakimlər briqadası idarə edəcək
Azərbaycan yığması qrupda ilk xalını məhz bu rəqibindən alıb. 2-ci turun Bakıda keçirilən matçında komandalar 1:1 hesablı heç-heçə etmişdi.
Bu qrupun digər matçında isə İslandiya millisi Fransanı qəbul edəcək.
13 oktyabr
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
22:45. Ukrayna – Azərbaycan
Baş hakim: Sebastian Gişamer
“Krakoviya” stadionu