Azərbaycan milli komandası növbəti itki ilə üzləşib.
Publika.az xəbər verir ki, müdafiəşo Rahil Məmmədov Ukrayna yığması ilə keçiriləcək oyunöncəsi son məşqdə zədələndiyi üçün heyətindən çıxarılıb.
Rahildən başqa, Renat Dadaşov və Ceyhun Nuriyev xəstəlik, İsmayıl İbrahimov isə zədə səbəbindən yığmaya kömək edə bilmir.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Krakovda Ukrayna seçməsi ilə qarşılaşacaq.