AZ

"Allianz Trade" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb

"Allianz

Beynəlxalq sığorta və risk qiymətləndirmə şirkəti Allianz Trade (əvvəlki Euler Hermes) Azərbaycanın ölkə risk reytinqini “C1” səviyyəsində sabit saxlayıb.

"APA-Economics" xəbər verir ki, şirkət Azərbaycanı yenidən “aşağı risk” (low risk) kateqoriyasına daxil edib və yaşıl zonada göstərib. Bu, ölkənin makroiqtisadi sabitliyinin və qısamüddətli maliyyə risklərinin azlığını əks etdirir.

Qiymətləndirməyə əsasən, Azərbaycanın maliyyə sistemi, xarici ödəniş qabiliyyəti və büdcə sabitliyi qorunur, lakin iqtisadiyyatın strukturunda və institusional mühitdə bəzi zəifliklər qalmaqdadır.

Allianz Trade vurğulayıb ki, ölkənin risk göstəricilərində dəyişiklik müşahidə olunmadığından, Azərbaycanın reytinqi sabit saxlanılıb.

Xatırladaq ki, “Allianz Trade” cari ilin ilk rübündə Azərbaycanın ölkə risk reytinqini C2-dən (orta risk) C1-ə (aşağı risk) yüksəldib.

Şirkət bunu ölkədə risk səviyyəsinin azalması və daha sabit iqtisadi-siyasi mühitin formalaşması ilə izah etmişdi.

Seçilən
13
3
xalqcebhesi.az

4Mənbələr