"Azərbaycan Sənaye Bankı" 2025-ci ilin ilk 9 ayının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, bank 2025-ci ilin 9 ayını 5,2 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün nəticəsindən 454,4 min manat və ya 9,7% çoxdur.
Bankın faiz gəlirləri 28,7 milyon manat təşkil edib. Bu, ötən ilə nisbətən 1,8 milyon manat (6,8%) artımdır.
Faiz xərcləri isə 14,3 milyon manata bərabər olub. Bu da illik 494,2 min manat (3,6%) artımdır.
Nəticədə Bankın xalis faiz gəlirləri 14,4 milyon manata bərabər olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisə 1,3 milyon manat (10,1%) çoxdur.
Bankın qeyri-faiz gəlirləri 11,7 milyon manat təşkil edib. Son bir il ərzində bu gəlirlərdə 189,5 min manat (1,6%) artım baş verib.
Qeyri-faiz xərcləri isə 19,1 milyon manat təşkil edib, il ərzində 195,3 min manat (1%) artım qeydə alınıb.
Bu amillərin birgə təsiri ilə əməliyyat mənfəəti 7,0 milyon manat olub. Bu da illik 1,3 milyon manat (23,1%) artımdır.
Hesabatın ən vacib dəyişikliyi isə kredit itkiləri üçün ehtiyat ayırmalarında baş verib. Bank bu məqsədlə 562,6 min manat vəsait ayırıb. Bu, ötən il 209,5 min manatlıq ehtiyat bərpasının tam əksidir və ümumilikdə 772,1 min manatlıq bir mənfi dəyişiklik deməkdir.
Nəticədə Bankın vergilər və gözlənilməz xərclər ödənilənədək mənfəəti 6,4 milyon manat təşkil edib. Bu da illik 542,7 min manat (9,2%) artımdır.
Mənfəətdən ödənilən vergilər 1,3 milyon manat olub.