AZ

"Bakı"nın baş məşqçisi bilindi

Yeni yaradılan qızlardan ibarət "Bakı" həndbol komandasının baş məşqçisi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi Çingiz Əzimova tapşırılıb.

Əlcəzairdə bu ölkənin kişi və qadın millilərinin baş məşqçisi olmuş təcrübəli mütəxəssis Azərbaycanda da bəzi klublarda işləyib.

O, müxtəlif illərdə qadınlardan ibarət ABU, "Qarabağ", "Azəryol" və "İdman Akademiyası" kimi klubların, o cümlədən milli komandanın baş məşqçisi olub.

Qeyd edək ki, gənc oyunçulardan formalaşan "Bakı"nın heyətindəki həndbolçular 15-20 yaş aralığındadır.

Seçilən
7
4
ikisahil.az

5Mənbələr