Futbol üzrə milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə üz-üzə gələcək.
Moderator.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində yerləşən "Krakoviya" stadionunda keçiriləcək.
Qeyd edək ki, milli komandamızın Ukrayna seçməsi ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiyi ilk oyunu 1:1 hesablı bərabərliklə yekunlaşmışdı.
13 oktyabr
DÇ-2026 seçmə mərhələsi
Saat 22:45, Ukrayna - Azərbaycan.
Qeyd edək ki, milli komandamız 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində dörd oyundan sonra 1 xal toplayıb və qrupda sonuncudur.