AZ

Kreditlərlə bağlı yeni problem: məhkəməyə çağırıla bilərsiniz, amma...

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər bəzi vətəndaşlar məlumatı olmadan adlarına kredit götürüldüyünü iddia edirlər. Bildirilir ki, onlara məhkəmədən zənglər gəlir və borclarının ödənilməsi tələb edilir. Hətta əlaqə yaradanlar şəxsin ad, soyad və ata adını da düzgün deyirlər. Bu isə insanlarda sual yaradır ki, onlardan xəbərsiz kredit götürülmə ehtimalı varmı?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, vətəndaşın şəxsiyyət vəsiqəsi ilə onun xəbəri olmadan kredit götürmək mümkün deyil:

“Bunun üçün şəxsin mütləq imzası olmalıdır. Ola bilər ki, kiminsə imzasını saxtalaşdırsınlar, amma belə hallarla çox rastlaşmamışam. Daha çox zaminliklə bağlı problemlər olur. Bəzən zamin göstərilən şəxsə xəbər verilmir, o da bununla bağlı məlumatı sonradan öyrənir. Belə hallarda imza ekspertizası aparılır və həmin şəxsə məxsus olub-olmadığı müəyyən edilir”.

Əkrəm Həsənov

Ekspert bildirib ki, kiməsə məhkəmədən zəng gəlməsi bir qədər şübhəli haldır:

“Adətən məhkəmələr zəng etmir, onlar yalnız rəsmi SMS bildiriş göndərir və vətəndaşı iclasa dəvət edir. Əgər kiminsə dediyinə görə, məhkəmədən zəng ediblərsə, bu zaman vətəndaş mütləq şəkildə məhkəməyə gedib məsələni yerində araşdırmalıdır. Mümkündür ki, zəng edən şəxs ümumiyyətlə məhkəmədən deyil, icra məmurudur,  yaxud bu, kiminsə zarafatıdır. Hər bir halda, əgər vətəndaş doğrudan da borc götürməyibsə, heç kimdən çəkinməməlidir. Ən doğru addım rəsmi bildiriş istəməkdir. “Bu mənim telefon nömrəmdir, zəhmət olmasa, bildirişi rəsmi şəkildə göndərin”, deyə o bildirməlidir. Bununla da, vəziyyətin nə ilə bağlı olduğunu dəqiq öyrənmək mümkündür”.

Safura Bənnayeva

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
globalinfo.az

1Mənbələr