AZ

Ərdoğan bu gün Misirdə Qəzza ilə bağlı “sülh sammiti”ndə iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Misirə səfər edəcək.

Missiya.Az xəbər verir ki, Türkiyə lideri Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Şarm əl-Şeyx şəhərində keçiriləcək "Sülh Sammiti"ndə iştirak edəcək.

Bildirilib ki, toplantıya iyirmidən çox dövlət və hökümət başçıları qatılacaq ki, bunların arasında Ərdoğan, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, İordaniya Kralı II Abdullah, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Böyük Britaniyanın Baş naziri Kir Starmer, İspaniya Baş naziri Pedro Sançes, İtaliya Baş naziri Giorgia Meloni, Pakistan Baş naziri Şahbaz Şərif, Almaniya kansleri Fridrix Merts və İran Prezidenti Məsud Pezeşkian kimi liderlər yer alacaq.

Məlumata görə, sammitə həmçinin BMT-nin baş katibi Amtonio Quterreş və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta da qatılacaq. 

Daşqın Həsənov

Missiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr