AZ

Britaniya Qəzzanın yenidən qurulması ilə bağlı konfransa ev sahibliyi edəcək

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Böyük Britaniyada Qəzza zolağının yenidən qurulması və bərpası ilə bağlı konfrans keçiriləcək.

APA xəbər verir ki, bu barədə baş nazir Kir Starmerin ofisi məlumat yayıb.

"Böyük Britaniya Qəzzanın bərpası və yenidən qurulması ilə bağlı üç günlük konfransa ev sahibliyi edəcək", - məlumatda deyilir.

Məlumatda həmçinin konfransda Almaniya, İtaliya, Səudiyyə Ərəbistanı, İordaniya və Fələstin Milli Administrasiyası da daxil olmaqla bir sıra beynəlxalq tərəfdaşlar, habelə özəl sektor və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və Dünya Bankı kimi beynəlxalq maliyyə institutlarının nümayəndələrinin iştirak edəcəyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
apa.az

2Mənbələr