Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.
Fanat.Az xəbər verir ki, 4 qrupda 8 görüş reallaşıb.
Niderland millisi öz meydanında Finlandiya yığmasını darmadağın edib. Kipr də səfərdə San Marinonu eyni hesabla yenibsə, Xorvatiya "doğma divarlar arası"nda Cəbəllüttariqi 3 cavabsız qolla üstələyib. Çexiyanın Farer adalarından məğlub döndüyü gecədə Şotlandiya seçməsi Belarusu, Danimarka millisi Yunanıstanı evə xalsız göndərib.
DÇ-2026-nın seçmə mərhələsi
12 oktyabr
C qrupu
Şotlandiya – Belarus 2:1
Qollar: Adams, 15. Maktominey, 84 – Kuçko, 90+6.
Danimarka – Yunanıstan 3:1
Qollar: Höylund, 21. Andersen, 40. Damsqor, 41 – Tsolis, 63.
Xallar: Danimarka – 10. Şotlandiya – 10. Yunanıstan – 3. Belarus – 0.
G qrupu
Niderland – Finlandiya 4:0
Qollar: Malen, 8. Van Deyk, 17. Depay, 38-pen. Qakpo, 84.
Litva – Polşa 0:2
Qollar: Şimanski, 15. Levandovski, 64.
Xallar: Niderland – 16. Polşa – 13. Finlandiya – 10. Litva – 3. Malta – 2.
H qrupu
San Marino – Kipr 0:4
Qollar: Loyzu, 9. Andreu, 59. Kastanos, 67-pen. Kakulis, 79.
Rumıniya – Avstriya 1:0
Qol: Gita, 90+5.
Xallar: Avstriya – 15. Bosniya və Herseqovina – 13. Rumıniya – 10. Kipr – 9. San Marino – 0.
L qrupu
Farer adaları – Çexiya 2:1
Qollar: Sorensen, 67. Aqnarsson, 81 – Karabeç, 78.
Xorvatiya – Cəbəllütariq 3:0
Qollar: Fruk, 30. Suçiç, 78. Erlik, 90+6.
Xallar: Xorvatiya – 16. Çexiya – 13. Farer Adaları – 12. Monteneqro – 6. Cəbəllütariq – 0.