AZ

Tramp İsrailə yola düşüb

Vaşinqton, 13 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İsrailə yola düşüb. AZƏRTAC-ın məlumatına görə, o, oktyabrın 13-də Təl-Əvivdə azad edilməsi planlaşdırılan girovlar və ailələrlə görüşəcək. Daha sonra ABŞ Prezidentinin Knessetdə çıxışı nəzərdə tutulub.

Ardınca o, Misin Şarm-əl-Şeyx şəhərinə yollanacaq və Yaxın Şərq Sülh Sammitində iştirak edəcək.

Səfər həmin gün başa çatacaq.

 
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
55
6
azertag.az

7Mənbələr