AZ

Makron Rusiyanı hədələdi

Rusiya danışıqlardan imtina edərsə, bunun əvəzini ödəyəcək.

"Unikal" xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

O bildirib ki, Qəzzada əldə olunan razılaşma Yaxın Şərqdə sülhə ümid versə də, Ukraynada da müharibəyə son qoyulmalıdır.

"Rusiya inadkar döyüşkənliyində və danışıqlardan imtina etməsində israr edərsə, bunun əvəzini ödəyəcək. Fransa qışdan əvvəl dinc sakinləri effektiv şəkildə hədəf alan Rusiyanın Ukraynanın kritik infrastrukturuna zərbələrini pisləyir. Biz tərəfdaşlarımızla əsas xidmətlərin yenidən qurulması və saxlanması üçün lazımi yardımın göstərilməsi imkanlarını araşdırırıq", - deyə Makron bildirib.

O, əlavə edib ki, Fransa Ukraynanı hər zamankindən daha çox dəstəkləyir.

Seçilən
1
unikal.az

1Mənbələr