İstanbulun Taksim meydanı ilə Beyoğlu tuneli arasında hərəkət edən nostalji tramvayda qısaqapanma səbəbindən yanğın olub.
Musavat.com xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, alov tramvay hərəkətdə olarkən yaranıb və sürücü dərhal təcili dayandırma edərək sərnişinləri təxliyə edib. Hadisə yerinə çağırılan yanğınsöndürənlər qısa zamanda alovu nəzarət altına alıblar.
Hadisə ilə bağlı araşdırma aparılır və tramvayın texniki vəziyyəti ilə bağlı yoxlamalar davam etdirilir.
Musavat.com