AZ

“Ümid edirəm, Hemilton əvvəlki səviyyəsinə qayıda biləcək”

Finlandiyalı pilot Valtteri Bottas sabiq komanda yoldaşı Luis Hemilton haqqında danışıb. 

90deqiqe.Az xəbər verir ki, "Crash.net" Bottasın dediklərini belə çatdırıb.

“Ümid edirəm, Luis əvvəlki səviyyəsinə qayıda biləcək. Zaman göstərəcək, buna nail olub-olmayacağını. Hemiltonun “Ferrari”də yaxşı anları oldu, amma bir az da çətin anlar yaşandı. Təbii ki, uzun illər “Mersedes”də liderlik etdikdən sonra başqa komandaya keçmək asan deyil. İndi o, tamamilə fərqli bir mühitdə işləyir. Daha çox deyə bilmirəm, zaman göstərəcək ki, hər şey yaxşı olacaq, yoxsa yox. Amma çox ümid edirəm, çünki Lüis hələ də bu idmanda böyük nəticələrə layiqdir.” 

Qeyd edək ki, hazırda britaniyalı ulduz “Ferrari”də çıxış edir.

Seçilən
13
90deqiqe.az

1Mənbələr