AZ

Futbolçularda istək yoxdur, ölkənin rənglərini qorumaq arzusu yoxdur

Sportal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mario Balotelli hazırkı İtaliya yığmasının futbolçularının komanda ilə münasibətindən narazıdır.

Sportal.az xəbər verir ki, sabiq  “İnter”, “Mançester Siti” və “Liverpul” hücumçusu millisi haqqında bunları qeyd edib:

“Mənim üçün yığma komandada oynamaq əsas məqamdır. Bu kimsəyə irad deyil, amma tez-tez görürəm ki, futbolçular yığmada oynamağa çıxanda artıq nəsə sübut etmək istəyi olmur, ölkələrinin rənglərini qorumaq arzusu yoxdur. Bu, mənə xoşagəlməzdir. Mən yığmada oynayanda İtaliyanı təmsil etdiyim üçün qürur duyurdum və indi məhz bu hissi görmürəm.

Hazırda İtaliya yığması 2026-cı il dünya çempionatının seçmə mərhələsində I qrupunda ikinci pillədədir, Cennaro Qattuzo komandası 5 oyunda 12 xal toplayıb. Onları 6 oyunda 18 xal toplayan Norveç qabaqlayır.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
sportal.az

2Mənbələr