AZ

“PROBLEM ZELENSKİDƏDİR...” Lukaşenko Ukraynanın necə “xoşbəxt” olacağını AÇIQLADI

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın bir dövlət kimi yoxa çıxmaması üçün daha sürətli qərarlar qəbul etməlidir.

“AzPolitika” xəbər verir ki, Belarusun “Belta” agentliyinin məlumatına görə, bunu Prezident Alerksandr Lukaşenko Tacikistanda keçirilən MDB sammiti çərçivəsində rusiyalı jurnalistlərə deyib.

Lukaşenko qeyd edib ki, o, əvvəllər danışıqların alınmamasına görə Avropa liderlərini günahlandırmağa meylli olub. Lakin indi hesab edir ki, burada Volodimir Zelenskinin mövqeyini də nəzərə almaq lazımdır: "Son günlər çox məlumat alırıq ki, burada məsələ nə (sülh prosesində) irəliləməyə can atan ABŞ, nə irəliləməyə hazır olan Rusiya, nə də Avropa liderlərindədir. Problem daha çox Zelenskidədir. Düşünürəm ki, o, hər şeyi başa düşür və düşəcək".

Eyni zamanda Lukaşenko Volodimir Zelenskinin düşdüyü vəziyyətə diqqət çəkib: "Məncə, Volodimir Aleksandroviç kənardan güclü təzyiqlərə məruz qalmağa meyllidir. Sonra bu təzyiq altında müvafiq qərarlar veriləcək".

Eyni zamanda, Belarus Prezidenti əmindir ki, Ukraynanın “bir dövlət kimi yox ola biləcəyi” ssenaridən qaçmaq üçün qərarlar təcili qəbul edilməlidir. Lukaşenko iddia edib ki, Rusiya cəbhədə irəliləyir və bu, guya Ukraynanın çoküşü ilə nəticələnə bilər: "Biz təcili hərəkətə keçməliyik. Rusiya cəbhə xəttində irəliləyir. Mən bunu məsuliyyətlə deyirəm, çünki hər gün bunun şahidi oluram. Bu isə Ukraynanın bir dövlət kimi yoxa çıxmasına səbəb ola bilər… Mən bir daha istərdim ki, Ukrayna Prezidenti mənim təkliflərimə qulaq assın və başa düşsün ki, Ukraynada ona slavyan dövlətlərindən başqa heç kim xoşbəxtlik gətirməyəcək. Ona görə də oturub razılığa gəlmək lazımdır".

Qeyd edək ki, hələlik Ukraynaya ən çox “xoşbəxtlik” gətirən məhz yüz minlərlə ukraynalının ölümünə, milyonlarla insanın qaçqın düşməsinə, şəhərlərin, kəndlərin dağılmasına səbəb olan əsas “slavyan dövləti” – Rusiyadır.

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
azpolitika.info

1Mənbələr