ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Qazaxıstanın Semey şəhərində mer (akim) seçkisi baş tutub.
Oxu.Az "Tengrinews"a istinadən xəbər verir ki, səsvermə bölgədəki 110 seçki məntəqəsində təşkil olunub.
Məlumata görə, bu, Qazaxıstanda regional mərkəz üçün ilk mer seçkisidir. Əvvəllər ölkədə yalnız rayon icra başçıları üçün seçki keçirilib.
Bildirilir ki, Semey şəhərinin akimi vəzifəsi uğrunda üç namizəd mübarizə aparır. Nəticələr hələ ki açıqlanmayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.