2026-cı il Dünya Çempionatı seçmə mərhələsi oyununda kiçik Farer adaları millisi böyük sensasiya yaradıb.
İdman.Biz xəbər verir ki, Farer adaları Çexiya yığmasını məğlub edib.
67-ci dəqiqədə ev sahibinin futbolçusu Serensen hesabı açıb. 78-ci dəqiqədə isə qonaqlardan Karabets bərabərlik qolunu vurub. lakin üç dəqiqə sonra - 80-ci dəqiqədə Aqnarsson ev sahiblərini yenidən önə çıxarıb - 2:1.
Qeyd edək ki, bu nəticədən sonra Farer adaları 12 xalla L qrupunda üçüncü, Çexiya isə 13 xalla ikinci pillədə qərarlaşıb.