AZ

“Leobank” istifadəçiləri narazıdır – tətbiqdə tez-tez nasazlıqlar yaşanır

Vətəndaş Yusif Xan Leobank mobil tətbiqindən narazılığını bildirib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, o sosial şəbəkədə paylaşım edərək bankın xidmətlərinin son vaxtlar ciddi şəkildə pisləşdiyini vurğulayıb.

Şikayətdə qeyd olunur ki, tətbiqə daxil olarkən tez-tez xətalar baş verir, nəticədə müştərilər pul köçürmələrini həyata keçirə bilmir:

“Leobankın işləyən vaxtı olacaq? Gün ərzində neçə dəfə xəta baş verir tətbiqə girəndə. Pul köçürmə edə bilmirəm. Son vaxtlar lap bərbad olub. Ümumiyyətlə, sizin proqram tərtibatçılarınız nə işə yarayır? Hər dəfə şikayət, nəticə nədir?”

İstifadəçi bildirib ki, dəfələrlə problem barədə şikayət edilsə də, bank tərəfindən heç bir nəticə əldə olunmayıb.

Son günlər sosial şəbəkələrdə Leobankla bağlı oxşar narazılıqların artdığı müşahidə olunur. İstifadəçilər əsasən tətbiqin sabit işləməməsi, ödənişlərin gecikməsi və texniki xidmətin zəifliyi ilə bağlı şikayətlər səsləndirirlər.

Qeyd edək ki, “Leobank” “Unibank”ın tərkibindədir.

Seçilən
9
nocomment.az

1Mənbələr