AZ

Qəzzanı kimlər BƏRPA EDƏCƏK - AÇIQLAMA

ABŞ-ın vitse-prezidenti Cey Di Vens bildirib ki, Yaxın Şərqdəki qarşıdurmanın sona çatmasından sonra Qəzza sektorunun bərpasına ən böyük iqtisadi dəstəyi ərəb ölkələri göstərəcək.

Musavat.com xəbər verir ki, bu barədə Vens Fox News-ə müsahibəsində danışıb.

Vitse-prezidentin sözlərinə görə, ərəb ölkələri Qəzzanı bərpa etməkdə maraqlıdırlar ki, orada yaşayan hər kəs təhlükəsiz və rahat şəraitdə yaşaya bilsin.

Bildirilib ki, bərpa işləri həm infrastrukturun yenidən qurulmasını, həm də humanitar yardımların təşkili və sosial xidmətlərin bərpasını əhatə edəcək.

Musavat.com

Seçilən
9
1
musavat.com

2Mənbələr