AZ

“Neftçi”yə qarşı “şirə dönməsinin” səbəbi bu imiş!

“Karvan-Yevlax” 6-cı turda “Neftçi”ylə qolsuz bərabərə qaldığı oyunda qapıçı Kamran İbrahimova minnətdar olmalıdır.

“Palms Sports Arena”da baş tutan oyunda Kamran qapıda “şirə dönmuşdu”.

İnamlı çıxışla yanaşı, komandasını azı 3-4 epizodda 100 faizlik qoldan xilas edərək gecənin qəhrəmanına çevrildi.

İbrahimovun “Neftçi”nin yetirməsi olduğunu nəzərə alsaq, sabiq komandasına qarşı inamlı görünməsi anlaşılandır.

Maraqlıdır, 26 yaşlı “çərçivə” qoruyucusunun “ağ-qaralar”a qarşı hansısa prinsipiallığı var idi?

Məhz həmin qarşılaşmada möhtəşəm qurtarışların səbəbi nə idi? Niyə digər oyunlarda o dərəcədə keçilməz görünmür?

Kamran Sportinfo.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Hansısa prinsipiallıqdan söhbət gedə bilməz. Digər rəqiblərə qarşı necə hazırlaşıb, necə oynayıramsa, həmin gün də eləydi. Hər matçda əlimdən gələni edirəm. Bəzən alınır, bəzən yox.

Sadəcə, həmin oyun üçün Bakıya bir gün əvvəl getmişdik. Normal istirahət etmişdik, yorğunluq yox idi. Fikrimcə, bu amilin rolu var idi”.

Kamran İbrahimov “Neftçi”nin əsas komandasında yer aldığı 2016-2022-ci illər aralığında 11 oyunda şans qazanıb.

HƏBİB

Seçilən
20
sportinfo.az

1Mənbələr