ABŞ prezidenti Donald Tramp insanları Çinlə yeni ticarət münaqişəsindən narahat olmamağa çağırıb.
APA xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.
"Çin üçün narahat olmayın, hər şey yaxşı olacaq! O (Çinin lideri – Red.) ölkəsi üçün (iqtisadi – Red.) depressiya istəmir - mən də istəmirəm. ABŞ Çinə zərər vermək yox, kömək etmək istəyir", - Tramp bildirib.